Balakəndə və Buzovnada qaz təchizatında fasilə yaranacaq

Balakəndə və Buzovnada qaz təchizatında fasilə yaranacaq

Sabah saat 09:00-dan “Katex” QPS-in daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

"Birxeber.Az-Economics"in Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbərinə görə, təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.