Lyayen: Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhə və sabitliyə sadiqdir

Lyayen: Avropa İttifaqı Cənubi Qafqazda davamlı sülhə və sabitliyə sadiqdir

Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir.

Birxeber.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir:

“Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”.