Maldiv Prezidenti: Hindistan qoşunları mayın 10-dək adaları tərk edəcək

Maldiv Prezidenti: Hindistan qoşunları mayın 10-dək adaları tərk edəcək

Hindistan mayın 10-dan gec olmayaraq bütün qoşunlarını Maldiv adaları ərazisindən çıxarmalıdır.

“Birxeber.Az” “The Times of India” qəzetinə istinadən xəbər verir ki, bunu Maldiv adalarının Prezidenti Məhəmməd Muizzu deyib.

“Hindistan hərbi qulluqçuları bu ölkədə heç bir formada yaşamayacaqlar. Mən bunu əminliklə deyirəm”, - o bildirib.