Blinken HƏMAS-ı İsraillə dərhal atəşkəsi qəbul etməyə çağırıb

Blinken HƏMAS-ı İsraillə dərhal atəşkəsi qəbul etməyə çağırıb

ABŞ dövlət katibi Antoni Blinken HƏMAS-ı İsraillə dərhal atəşkəsi qəbul etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

“Bizim girovları evlərinə qaytaracaq, fələstinlilərə çatdırılan humanitar yardımın həcmini kəskin şəkildə artıra biləcək və eyni zamanda davamlı həll üçün lazımi şərtləri yaradacaq təcili atəşkəs fürsətinə sahibik. HƏMAS bu atəşkəsə qoşulmağa hazır olub-olmadığı barədə qərar verməlidir", - A.Blinken əlavə edib.