Qazaxıstanda maye qazın qiyməti qalxacaq

Qazaxıstanda maye qazın qiyməti qalxacaq

Qazaxıstan Energetika Nazirliyi yazda mayeləşdirilmiş neft qazının qiymətini artırmağı planlaşdırır.

“Birxeber.Az” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ölkənin energetika naziri Almasadam Satkaliyev məlumat verib.

“Burada söhbət sistemli işdən gedir. Biz maye qazın qiymətinin hər il artırılmasını planlaşdırırıq. Bu il cüzi artım planlaşdırırıq - regionlardan asılı olaraq təxminən 5-8 təngə civarında”, - nazir jurnalistlərə deyib.

Qeyd edək ki, daha əvvəl geniş tərkibdə keçirilən müşavirədə nazir 2023-cü ildə daxili bazarda mayeləşdirilmiş neft qazının istehlakının 2022-ci illə müqayisədə 400 min ton (və ya 28 faiz) artaraq 2,2 milyon ton təşkil etdiyini bildirmişdi.