Ötən il uşaqlarda ürək qüsurlarının aradan qaldırılması üçün 2,2 mln. manat ayrılıb

Ötən il uşaqlarda ürək qüsurlarının aradan qaldırılması üçün 2,2 mln. manat ayrılıb

"Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri" ilə bağlı 2023-cü ildə 2264,2 min manat vəsait ayrılıb və vəsaitin 2264,1 min manatı kardio cərrahiyyə əməliyyatlarının icrasına yönəldilib.

Birxeber.Az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Qeyd edilib ki, bu məbləğ əvvəlki ildə xərclənmiş vəsaitdən 2,7 dəfə çoxdur.