Beynəlxalq Məhkəmə Rusiyanın yüksək rütbəli zabitlərinin həbsinə order verib

Beynəlxalq Məhkəmə Rusiyanın yüksək rütbəli zabitlərinin həbsinə order verib

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli zabitinin həbsinə order verib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, onlar Rusiyanın uzaqmənzilli aviasiyasının komandiri Sergey Kobılaş və Qara dəniz donanmasının komandiri Viktor Sokolovdur.

Qərarın səbəbi hələ ki, açıqlanmayıb.