Ötən il özəl şirkətlərin istehsalı olan 71 filmə yayım vəsiqəsi verilib

Ötən il özəl şirkətlərin istehsalı olan 71 filmə yayım vəsiqəsi verilib

2023-cü ildə özəl kino şirkətləri tərəfindən çəkilən və Dövlət Reyestrində qeydiyyata alınan filmlərin sayı açıqlanıb.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.

Məlumata əsasən, ötən il ümumilikdə 71 film çəkilib. Bu filmlərin 34-ü bədii, 35-i sənədli, 2-i animasiya filmi olmaqla yayım vəsiqəsi ilə təmin edilib.