Suriyada düşərgələrdə saxlanılan 16 azərbaycanlı ölkəmizə gətirilib

Suriyada düşərgələrdə saxlanılan 16 azərbaycanlı ölkəmizə gətirilib

Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 16 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

13 nəfəri uşaq və 3 nəfəri qadın olan repatriantların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş tutub. Onların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edildikdən sonra Türkiyə Respublikası ərazisindən tranzit keçidinə nail olunub.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam olunub, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin edilib. 24 noyabr 2022-ci ildə isə nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların ölkəmizə repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

"Qeyd edək ki, bu günədək İraq və Suriyadan 380 uşaq və 29 qadın olmaqla cəmi 409 nəfər vətəndaşımızın Azərbaycana repatriasiyası həyata keçirilib.

Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində xarici ölkələrdə çətin vəziyyətə düşmüş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyasına dair zəruri tədbirləri gələcəkdə davam etdirəcək", - XİN-dən bildirilib.

Xarici siyasət Xarici siyasət
Migel Anxel Moratinos: "BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq var"

Migel Anxel Moratinos: "BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq var"

Xarici siyasət Xarici siyasət
İraq lideri və Bəhreynin Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

İraq lideri və Bəhreynin Baş naziri Azərbaycan Prezidentini təbrik ediblər

Xarici siyasət Xarici siyasət
Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub

Ukraynada daha bir azərbaycanlı müharibədəki xidmətlərinə görə təltif olunub

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Davosda Aİ-nin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb

İlham Əliyev Davosda Aİ-nin büdcə və administrasiya üzrə komissarı ilə görüşüb

Xarici siyasət Xarici siyasət
Azərbaycanlı xilasedici: "Dağıntıların altından insanları sağ tapanda çox sevinirik" 

Azərbaycanlı xilasedici: "Dağıntıların altından insanları sağ tapanda çox sevinirik" 

Xarici siyasət Xarici siyasət
Putin: "MDB ölkələri potensial təhlükələrə qarşı bütün resurslardan istifadə etməlidir"

Putin: "MDB ölkələri potensial təhlükələrə qarşı bütün resurslardan istifadə etməlidir"

Xarici siyasət Xarici siyasət
Azərbaycan İsveç və Danimarkanı Quranın yandırılmasına qarşı ciddi addımlar atmağa çağırıb

Azərbaycan İsveç və Danimarkanı Quranın yandırılmasına qarşı ciddi addımlar atmağa çağırıb

Xarici siyasət Xarici siyasət
Rusiyanın nəqliyyat naziri: “Heydər Əliyev tarixə əbədi düşüb”

Rusiyanın nəqliyyat naziri: “Heydər Əliyev tarixə əbədi düşüb”

Xarici siyasət Xarici siyasət
Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Ukraynadan təxliyə olunan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Xarici siyasət Xarici siyasət
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Heydər Əliyevin məzarını ziyarət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Heydər Əliyevin məzarını ziyarət edib

Xarici siyasət Xarici siyasət
Litvalı nazir: “Azərbaycanla əməkdaşlıqda böyük potensial görürük”

Litvalı nazir: “Azərbaycanla əməkdaşlıqda böyük potensial görürük”

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti: "Dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləyib, beynəlxalq hüququn aliliyinə inam azalıb"

Azərbaycan Prezidenti: "Dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləyib, beynəlxalq hüququn aliliyinə inam azalıb"