Ötən il vergi cinayətlərinə görə 23.1 mln. manat vəsait dövlət büdcəsinə qaytarılıb

Ötən il vergi cinayətlərinə görə 23.1 mln. manat vəsait dövlət büdcəsinə qaytarılıb

2023-cü il ərzində Dövlət Vergi Xidməti tərəfindən vergi ödəməkdən imtina faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cəmi 643 ( 2022-ci ildə 527) cinayət işi başlanıb.

Birxeber.Az-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabat ilində ibtidai istindaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş 100.2 mln. manat məbləğində ibtidai istindaq zamanı maliyyə sanksiyaları ilə birlikdə 23.1 mln. manat ( 2022-ci ildə 20.1 mln. manat) məbləğində vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilib.