Kəlbəcərin azadlığından iki il ötür

Kəlbəcərin azadlığından iki il ötür

Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.

“Birxeber.Az” xəbər verir ki, rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımız ucaldılıb.

İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkilib. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.

2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısı və birinci xanım rayonda təməlqoyma mərasimlərində, bir sıra tədbirlərdə iştirak ediblər.

Dövlət başçısı bu il iyunun 26-da da Kəlbəcərdə səfərdə olub və orada həyata keçirilən işlərlə tanış olub. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Daxili siyasət Daxili siyasət
Prezident YAP-ın 30 illiyi münasibətilə bir qrup şəxsi təltif edib - SİYAHI

Prezident YAP-ın 30 illiyi münasibətilə bir qrup şəxsi təltif edib - SİYAHI

Daxili siyasət Daxili siyasət
Baş nazirin müavini: "Bu il narkotik vasitələrin 95 faizindən çoxu İrandan Azərbaycana gətirilib"

Baş nazirin müavini: "Bu il narkotik vasitələrin 95 faizindən çoxu İrandan Azərbaycana gətirilib"

Daxili siyasət Daxili siyasət
VK sədri: "Dövlət hesabına hüquqi yardım həyata keçirilərkən bəzən formallığa yol verilib"

VK sədri: "Dövlət hesabına hüquqi yardım həyata keçirilərkən bəzən formallığa yol verilib"

Daxili siyasət Daxili siyasət
İlham Əliyev Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə idman ictimaiyyətini təbrik edib

İlham Əliyev Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə idman ictimaiyyətini təbrik edib

Daxili siyasət Daxili siyasət
Ombudsmanın Milli Preventiv Qrupu uşaq evlərində sıxlıq müşahidə edib

Ombudsmanın Milli Preventiv Qrupu uşaq evlərində sıxlıq müşahidə edib

Daxili siyasət Daxili siyasət
Almaniya təşkilatı Böyük Qayıdışa dəstək verəcək

Almaniya təşkilatı Böyük Qayıdışa dəstək verəcək

Daxili siyasət Daxili siyasət
Avropa Şurasının platforması Rusiyada bloklanan Azərbaycan KİV-ə dəstək ifadə edib

Avropa Şurasının platforması Rusiyada bloklanan Azərbaycan KİV-ə dəstək ifadə edib

Daxili siyasət Daxili siyasət
Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib - YENİLƏNİB

Daxili siyasət Daxili siyasət
İlham Əliyev Albaniyada səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

İlham Əliyev Albaniyada səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Daxili siyasət Daxili siyasət
Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırılır

Seçkilərdə 2 dəfə iştirak etməyən partiyaların ləğvinə dair tələb aradan qaldırılır

Daxili siyasət Daxili siyasət
Ali Baş Komandan: "Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib"

Ali Baş Komandan: "Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib"

Daxili siyasət Daxili siyasət
Qubada Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib

Qubada Zəfər Günü ilə bağlı ümumrayon tədbiri keçirilib