Bakıda UEFA-nın dəstəyi ilə məşqçi kursu başlayıb

Bakıda UEFA-nın dəstəyi ilə məşqçi kursu başlayıb

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.

"Report" xəbər verir ki, milli assosiasiyanın inzibati binasında təşkil edilən tədbirə 25 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov iştirakçılara üçgünlük kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıb.

AFFA-nın məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən ilkin futbol bilikləri haqqında məlumat verilib.