“CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı olub

“CineMastercard”da “Hayatla Barış” filminin təqdimatı olub

"CineMastercard” premium kinoteatrında “Hayatla Barış” türk bioqrafik filminin təqdimatı keçirilib.

"Birxeber.Az" xəbər verir ki, bir çox məşhur və populyar aktyorların iştirak etdiyi təqdimatın fəxri qonaqları Azərbaycan Amputant Futbol İctimai Birliyinin Vətən müharibəsi zamanı mina partlayışı nəticəsində xəsarət almış qazi - futbolçular olub.

Artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərən Birliyin idmançıları milli komanda səviyyəsində beynəlxalq yarışlarda iştirak edirlər.

Qonaqlar arasında həmçinin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri də olub. ANAMA Amputant Futbol İctimai Birliyinə ən çox dəstək göstərən qurumdur.

Filmin məzmununa gəlincə, Barış Telli uşaqlıqda keçirdiyi qəza nəticəsində əlil qalsa da, bu, onun planlarına mane olmur. Qəza nəticəsində sağ ayağını itirən Barış illər ərzində tennisdən atletikaya qədər idmanın bir çox sahəsində Türkiyə rekordları qırıb. Ampute Futbol Milli Komandasında çoxsaylı çempionluqlar qazanan və bombardir olan idmançı zamanla "Ampute Messi" kimi tanınmağa başlayır.

Ekin Pandırın rejissoru olduğu filmdə baş rolları Taner Ölmez, Nazan Kesal və Bülent İnal canlandırıb.