Azərbaycanla Qətər arasında hərbi, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Azərbaycanla Qətər arasında  hərbi, hərbi-texniki əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.

Birxeber.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində A.Qurbanov Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.