ABŞ-nin MLS çempionatında yeni mövsümün startı hakimlərə görə təhlükədədir

ABŞ-nin MLS çempionatında yeni mövsümün startı hakimlərə görə təhlükədədir

ABŞ-nin MLS çempionatında yeni mövsümün startı təhlükədədir.

"Report" "Marca"ya istinadən xəbər verir ki, buna hakimlərin mümkün boykotu səbəb olub.

Peşəkar Hakimlər Təşkilatı və Peşəkar Futbol Hakimləri Assosiasiyası yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər.

Yanvarın 31-dək yeni sözləşmə olmasa, referilərin mövsümü boykot edəcəyi gözlənilir. Ədalət təmsilçiləri gəlirlərinin az olmasından şikayətçidirlər.

MLS rəhbərliyinin problem həll edilməyəcəyi təqdirdə başqa ölkələrdən hakimlər gətirə biləcəyi vurğulanıb. Çempionatda yeni mövsüm fevralın 22-də başlamalıdır.