"Aqrarkredit" BOKT dövlət zəmanəti ilə 700 milyon manatlıq istiqraz buraxıb

"Aqrarkredit" BOKT dövlət zəmanəti ilə 700 milyon manatlıq istiqraz buraxıb

Dövlətə məxsus "Aqrarkredit" bank olmayan kredit təşkilatı (BOKT) dövlət zəmanəti ilə 700 milyon manat dəyərində istiqraz buraxıb.

Bu barədə "Report"a BOKT-dan bildirilib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 manat olan 700 milyon ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsi tezliyi açıqlanmır.

Yalnız o məlumdur ki, istiqrazları dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC alacaq. Yeri gəlmişkən, prosesin anderrayteri Bankın törəməsi - "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.

"Aqrarkredit" əldə edəcəyi vəsaiti müxtəlif layihələrə yönəldəcək.