Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq barədə müzakirələr aparılıb

Azərbaycan və Qətər arasında hərbi əməkdaşlıq barədə müzakirələr aparılıb

Müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərə səfəri çərçivəsində Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.