Azərbaycanlı Messi ilə birgə təsis etdiyi fondun İdarə Heyətinə rəhbərlik edəcək

Azərbaycanlı Messi ilə birgə təsis etdiyi fondun İdarə Heyətinə rəhbərlik edəcək

"For Azerbaijan Xeyriyyə" təşkilatının sədri Samir Süleymanov futbolçu Lionel Messi ilə birgə təsis etdiyi "Join The Planet" fondunun İdarə Heyətinə rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunmuş COP28 Sədrliyinin Maliyyə Gündəliyinin layihələndirilməsi və çatdırılması üzrə direktor olmuş Samir Süleymanov bildirib.

O qeyd edib ki, Fond ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin maliyyələşdirilməsinə xidmət göstərəcək.

“Join The Planet (JP) fondu Lionel Messi və digər əfsanələrdən gələn ilhamı davamlı iqtisadiyyatın qurulmasında fərdlərə və icmalara dəstək vermək üçün yaradılmış xüsusi layihədir. İnteqrasiya edilmiş biznes və xeyriyyəçilik yanaşması iqlimlə mübarizə üçün etibarlı və davamlı maliyyə mənbələrini təmin etmək üçün nəzərdə tutulub”, - deyə sədr vurğulayıb.

Xatırladaq ki, Fondun İdarə Heyətində dünyaca məşhur siyasətçilər, idmançılar və s. tanınmış insanlar var.