İnformasiya və rabitə sektorunun ÜDM-də payı 1,7% təşkil edib

İnformasiya və rabitə sektorunun ÜDM-də payı 1,7% təşkil edib

İnformasiya və rabitə sektorunun 2023-cü ildə ÜDM-də payı 1,7%, o cümlədən qeyri-neft sektorunda payı 2,8% təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.


Hesabat ilində bu sahədə göstərilən xidmətlərin həcmi 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 16,3% artaraq 3206,5 mln. manat olub. Bu xidmətlərin 2302,3 mln. manatı və ya 71,8%-i əhali tərəfindən istehlak edilən göstərilmiş xidmətlərin 2687,9 mln. manatı və ya 83,8%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirlərin 36,1%-i və ya 1158,5 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Bu xidmətlərdə rabitə xidmətlərinin payı 70,3% və ya 2254,0 mln. manat təşkil edib.