40 nəfərə terror hadisəsi ilə əlaqədar əlillik statusu verilib

40 nəfərə terror hadisəsi ilə əlaqədar əlillik statusu verilib

"Əlilliyin qiymətləndirilməsi Qaydası" nın 1.5-ci bəndində əlillik səbəbləri sırasına dünya praktikasına uyğun olaraq "terror hadisəsi ilə əlaqədar səbəbi əlavə olunub.

Birxeber.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.


Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun təqdim etdiyi təsdiqedici sənədlər əsasında indiyədək 40 nəfərin əlillik səbəbi "Əlillik" altsisteminda "terror hadisəsi ilə əlaqədar səbəbinə dəyişdirilib.