Ötən il xarici ölkələrdən Azərbaycana ekstradisiya olunan şəxslərin sayı açıqlanıb

Ötən il xarici ölkələrdən Azərbaycana ekstradisiya olunan şəxslərin sayı açıqlanıb

Ötən il xarici ölkələrdən 45 şəxs Azərbaycana ekstradisiya olunub.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, həmin müddətdə MDB ölkələrinin ərazisində törətdikləri cinayət əməllərinə görə təqsirləndirilərək, beynəlxalq axtarışı elan edilib və Azərbaycan ərazisində müəyyən edilmiş 100 şəxs barəsində istintaq orqanlarından müvafiq vəsatətlər daxil olub, onlardan 17-si təmin edilib, 71 şəxsin verilməsindən imtina edilib, 4 vəsatət geri götürülüb, 8 vəsatət isə növbəti hesabat ilinə qalıq qalıb.

Bundan başqa, keçən il Rusiyadan 24, Moldovadan 2, Gürcüstandan 5, Ukraynadan 5, Polşadan 2, Belarusdan 4, Almaniyadan 1, Böyük Britaniyadan 1 və Livandan 1 şəxs olmaqla, ümumilikdə 45 şəxsin Azərbaycana ekstradisiya olunması təmin edilib.

Hesabat dövründə həmçinin Rusiyaya 11, Özbəkistana 5, Hindistana 1 və Türkiyəyə 1 nəfər olmaqla, cəmi 18 şəxsin Azərbaycandan ekstradisiyası təmin olunub.