İtaliya klubu bu il bütün rəsmi matçları qələbə ilə başa vurub

İtaliya klubu bu il bütün rəsmi matçları qələbə ilə başa vurub

İtaliya təmsilçisi "İnter" bu il iştirak etdiyi bütün turnirlər daxil olmaqla keçirdiyi 12 matçın hamısını qələbə ilə başa vurub.

"Birxeber.Az" xəbər verir ki, Milan təmsilçisi 2024-cü ildə İtaliya çempionatında 9, İtaliya Kubokunda 2, UEFA Çempionlar Liqasında isə 1 qələbə qazanıb.

"İnter" sonuncu dəfə İtaliya çempionatının 18-ci turunda "Cenoa" ilə matçda heç-heçə edib. Çempionlar Liqasında isə komanda "Real Sosyedad"la görüşdə eyni nəticəyə imza atıb. Komandanın son məğlubiyyəti ötən ilin sonunda İtaliya Kubokunun 1/8 finalında "Bolonya" ilə oyuna təsadüf edib.

Qeyd edək ki, "İnter" hazırda İtaliya A seriyasında 72 xalla liderdir.