Minifutbol üzrə Azərbaycan çempionatı: “İnter” minimal fərqlə məğlub olub

Minifutbol üzrə Azərbaycan çempionatı: “İnter” minimal fərqlə məğlub olub

Minifutbol üzrə Azərbaycan çempionatında VII tura yekun vurulub.

“Report”un məlumatına görə, ikinci gündə daha 4 oyun keçirilib.

Futbol üzrə Azərbaycan millisinin sabiq üzvlərindən formalaşdırılan “İnter” komandası “Qalaxy Bakı”ya minimal fərqlə məğlub olub.

“Real Bakı”, “Atəşgah Suraxanı” və “Abşeron” da hesablarına 3 xal yazdırıblar.

Qeyd edək ki, bir gün əvvəl keçirilən oyunlarda “Birbaşa Bakı” “Dirçəliş”i, “Zirə” “Baku Fire”ni 7:0, “Odlar Yurdu” “Veteran”ı 3:0, “Sumqayıt” isə “Turan”ı 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan çempionatı

VII tur

“Dinamo Gəncə” – “Real Bakı” 4:6

“Qalaxy Bakı” – “İnter” 6:5

“Siyəzən” – “Atəşgah Suraxanı” 2:5

“Aznur” – “Abşeron” 2:4

Hazırda “Zirə” 21 xalla turnir cədvəlinə başçılıq edir. “Birbaşa Bakı” 18 xalla ikinci, “Real Bakı” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.