ÜST Qəzzada ərzaqla bağlı vəziyyəti kritik adlandırıb

ÜST Qəzzada ərzaqla bağlı vəziyyəti kritik adlandırıb

Qəzza zolağındakı ərzaqla bağlı vəziyyət kritikdir.

“Birxeber.Az” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ÜST-ün nümayəndəsi Riçard Peperkorn Cenevrədə keçirilən brifinqdə deyib.

“Qəzzada aclığın olduğunu hələ rəsmi şəkildə elan etmək mümkün deyil, bu, texniki məsələdir. Ancaq bu, ərzaqla bağlı vəziyyətin kritik olması faktını dəyişdirmir, hər cür məhsul istehsal edən anklavda heç vaxt ərzaq problemi olmadığını xatırlasaq, mövcud vəziyyət daha da təəccüblüdür”, - o bildirib.