Şoyqu: Rusiya Ukrayna ordusunu qərbə sıxışdırmağa davam edir

Şoyqu: Rusiya Ukrayna ordusunu qərbə sıxışdırmağa davam edir

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrini qərbə doğru sıxışdırmağa davam edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Ukrayna döyüşçülərinin Avdeyevkanın müdafiə mərkəzindən qaçmasından sonra Rusiya qoşun qrupu onların Petrovskoye-Lastoçkino-Severnoye xəttində möhkəmlənməsinə imkan verməyib və Ukrayna qoşunlarını qərb istiqamətində sıxışdırmaqda davam edir.

Qeyd edək ki, Rusiya ordusu fevralın 17-də Donetsk vilayətinin Avdeyevka şəhərinə nəzarəti tam ələ keçirdiyini açıqlayıb.