Yaponiyada 36 nəfərin ölümündə təqsirli bilinən şəxs edam olunacaq

Yaponiyada 36 nəfərin ölümündə təqsirli bilinən şəxs edam olunacaq

Yaponiyanın Kyoto Rayon Məhkəməsi 45 yaşlı Sindzi Aobu 2019-cu ilin iyul ayında “Kyoto Animation” animasiya studiyasını yandırmaqda təqsirli bilərək barəsində ölüm hökmü qərarı çıxarıb.

“Birxeber.Az” bu barədə “Kyodo” nəşrinə istinadən xəbər verir.

Məhkəmənin qərarına əsasən, o, hərəkətlərini şüurlu şəkildə həyata keçirib.

Qeyd edək ki, 2019-cu il iyulun 18-də “Kyoto Animation” studiyasına 20 litr benzinlə daxil olan S.Aob oranı yandırıb. Nəticədə 36 nəfər ölüb, 33 nəfər isə yaralanıb.