“Neftçi” və “Qarabağ” cəzalandırılıb

“Neftçi” və “Qarabağ” cəzalandırılıb

“Neftçi” və “Qarabağ” klubları Azərbaycan Futbol Federasiyası Assosiyası tərəfindən cəzalandırılıb.

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib. Həmçinin oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

Eyni zamanda “Neftçi” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu da 1000 manat cərimələnib.

Qeyd edək ki, “Neftçi Arena”da keçirilən görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.