Bu il ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bu il ARDNF-nin “Şahdəniz”dən əldə etdiyi gəlirlərin həcmi açıqlanıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 78,5 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 456,26 milyon ABŞ dolları və ya 6,82 % azdır.

Hesabat dövründə Neft Fonduna daxil olan vəsaitlərin 15,7 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,37 milyon ABŞ dolları və ya 3,7 dəfə azdır.

Xatırladaq ki, ötən ilin yanvar-fevral aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirlərin həcmi 78,5 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 58,069 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).