"Bayer 04" klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq

"Bayer 04" klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"la qarşılaşacaq "Bayer 04" klubunun Bakıda mətbuat konfransı və açıq məşqi olmayacaq.

Bu barədə "Report"a "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Klub nümayəndəsi bildirib ki, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonsonun mətbuat konfransı martın 6-da, Bakı vaxtı ilə saat 12:00 radələrində onlayn formatda keçiriləcək. Axşam radələrində Bakıya çatacaq Almaniya təmsilçisi birbaşa hotelə yollanacaq və mətbuat nümayəndələri üçün nəzərdə tutulan açıq məşqə də çıxmayacaq.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.