Avropa Liqası: "Qarabağ"ın mətbuat konfransı və açıq məşqinin vaxtı müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın mətbuat konfransı və açıq məşqinin vaxtı müəyyənləşib

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer 04” oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı müəyyənləşib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-da, saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Komandanın açıq məşqi isə saat 17:30-da “Azərsun Arena”da keçiriləcək.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.