İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb

İspaniya millisi dünya çempionatına darmadağınla başlayıb

İspaniya millisi Qətərdə keçirilən dünya çempionatına darmadağınla başlayıb.

"Report"un məlumatına görə, E qrupunun ilk turunda Kosta Rikanı sınağa çəkən Avropa təmsilçisi 7:0 hesablı qələbə qazanıb.

Hesabı 11-ci dəqiqədə Dani Olmo açıb. Bu, ispaniyalıların mundiallarda 100-cü qolu kimi tarixə düşüb. 21-ci dəqiqədə Marko Asensio 2-ci topu Kosta Rikanın qapısından keçirib. 31-ci dəqiqədə Ferran Torres penaltini dəqiq yerinə yetirib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 54-cü dəqiqədə dubl edib. 74-cü dəqiqədə Qavi fərqlənib. 90-cı dəqiqədə Karlos Soler Kosta Rikanı 6-cı dəfə meydanın mərkəzinə dəvət edib. 90+2-ci dəqiqədə isə Alvaro Morata yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, E qrupunun ilk oyununda Almaniya yığması gözlənilmədən Yaponiyaya uduzub - 1:2. I turdan sonra İspaniya və Yaponiya kollektivlərinin 3 xalı var. Almaniya və Kosta Rika seçmələri isə xalsızdır.

21:55

İspaniya millisi Qətərdəki dünya çempionatında Kosta Rikaya qarşı keçirdiyi E qrupunun ilk tur oyununda 7-ci qolu vurub.

"Report"un məlumatına görə, Avropa təmsilçisinin heyətində bu dəfə Alvaro Morata fərqlənib. 30 yaşlı hücumçu 90+2-ci dəqiqədə rəqibi məyus edib.

21:52

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Pireney təmsilçisi 6-cı dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. 90-cı dəqiqiqədə Karlos Soler fərqlənib.

21:36

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab dəyişib.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 5-ci topu rəqibin qapısından keçirib. 74-cü dəqiqədə Qavi fərqlənib.

21:16

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda növbəti qol vurulub.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 4-cü topu rəqibin qapısından keçirib. Ferran Torres 54-cü dəqiqədə dublunu rəsmiləşdirib.

21:07

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 2-ci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Avropa təmsilçisi hesabda öndədir - 3:0.

20:50

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Pireney təmsilçisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb.

20:33

İspaniya millisi Qətərdəki dünya çempionatında Kosta Rikaya qarşı keçirdiyi E qrupunun ilk tur oyununda 3-cü qolu vurub.

"Report"un məlumatına görə, Avropa təmsilçisinin heyətində Ferran Torres fərqlənib. 22 yaşlı hücumameylli yarımmüdafiəçi 31-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

20:25

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda 2-ci qol vurulub.

"Report"un məlumatına görə, 21-ci dəqiqədə fərqlənən Marko Asensio Pireney təmsilçisinin üstünlüyünü artırıb - 2:0.

20:13

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Avropa təmsilçisi 11-ci dəqiqədə Dani Olmonun vurduğu qolla önə keçib.

20:00

Qətərdə keçirilən dünya çempionatında İspaniya və Kosta Rika yığmaları arasında E qrupunun I tur oyunu başlayıb.

"Report"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

20:00

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ilk turunda üz-üzə gələcək İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

İspaniya: Unay Simon, Sesar Asplikueta, Emerik Lyaport, Serxio Busgets, Jordi Alba, Rodri, Pedri, Qavi, Dani Olmo, Marko Asensio, Ferran Torres

Kosta Rika: Keylor Navas, Karlos Martines, Keyşer Fuller, Oskar Duarte, Fransisko Kalvo, Brayan Ovyedo, Cevison Bennetto, Yeltsin Texeda, Selso Borxes, Joel Kempbell, Entoni Kontreras

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İspaniya millisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb

DÇ-2022: İspaniya millisi fasiləyə böyük hesablı üstünlüklə yollanıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib

DÇ-2022: Fransa millisi Avstraliyanı darmadağın edib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
Dünya çempionatlarında ən çox kapitan kimi meydana çıxan futbolçular

Dünya çempionatlarında ən çox kapitan kimi meydana çıxan futbolçular

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İran və ABŞ yığmalarının start “11-lik”ləri bəlli olub

DÇ-2022: İran və ABŞ yığmalarının start “11-lik”ləri bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Almaniyanın 5-ə, İspaniyanın 100-ə çatmaq arzusu - TƏHLİL

DÇ-2022: Almaniyanın 5-ə, İspaniyanın 100-ə çatmaq arzusu - TƏHLİL

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Niderland və Ekvador yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Niderland və Ekvador yığmalarının start heyətləri bəlli olub

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: "Arsenal"ın futbolçusu İngiltərə millisinin düşərgəsini tərk edib

DÇ-2022: "Arsenal"ın futbolçusu İngiltərə millisinin düşərgəsini tərk edib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
İngiltərə millisi 16 ildən sonra qrup lideri olub, Keyn Bekhemin uğurunu təkrarlayıb

İngiltərə millisi 16 ildən sonra qrup lideri olub, Keyn Bekhemin uğurunu təkrarlayıb

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

DÇ-2022: Açılış matçında qeydə alınan rekord və antirekordlar

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Sadio Maneni "Barselona"nın futbolçusu əvəzləyəcək

DÇ-2022: Sadio Maneni "Barselona"nın futbolçusu əvəzləyəcək

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: Portuqaliya Qanaya qalib gəlib

DÇ-2022: Portuqaliya Qanaya qalib gəlib

Dünya Çempionatı - 2022 Dünya Çempionatı - 2022
DÇ-2022: İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb

DÇ-2022: İspaniya və Kosta Rika yığmalarının start heyətləri açıqlanıb