Məleykə Abbaszadə: Azərbaycan dili proqramı və imtahan modeli Avropanın CEFR çərçivə sənədi əsasında yaradılıb

Məleykə Abbaszadə: Azərbaycan dili proqramı və imtahan modeli Avropanın CEFR çərçivə sənədi əsasında yaradılıb

Azərbaycan dili proqramı və imtahan modeli ümumavropa çərçivə sənədi (CEFR – The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, CEFR dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə modeldir.

M.Abbaszadə deyib ki, 50 milyon insan Azərbaycan dilində danışır və başa düşür:

“Onlar təkcə Azərbaycanda yaşamırlar. Bununla belə istəyirlər ki, uşaqları, nəvələri Azərbaycan dilini bilsin. Ona görə də Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli hər kəs üçün faydalı hesab edilir”.