Latviyalı diplomat: “Azərbaycan Cənubi Qafqazda əsas tərəfdaşımızdır”

Latviyalı diplomat: “Azərbaycan Cənubi Qafqazda əsas tərəfdaşımızdır”

“Azərbaycan Latviyanın Cənubi Qafqaz regionunda əsas tərəfdaşıdır”.

“Birxeber.Az” xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa bu ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

Diplomat ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətin Latviya üçün prioritet olduğunu vurğulayıb: “Əməkdaşlıq illəri ərzində Azərbaycan və Latviya arasında isti və etimada əsaslanan münasibətlər inkişaf edib. Ölkələrimiz arasında fəal siyasi dialoq qurulub”.

O, iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına töhfə verdiyini bildirib.

Müvəqqəti işlər vəkili ötən gün Bakıda Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Davamlı sabah naminə qadınlar” adlı yüksək səviyyəli konfransın keçirildiyini xatırladıb və ölkəmizlə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə Latviyanın milli bayramı münasibətilə təbriklərini çatdıraraq, ölkələr arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini deyib: “Biznes və investisiya əlaqələrinin inkişafı üçün böyük potensial görürük”.

Nazir Latviyanın 44 günlük Vətən Müharibəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini xatırladıb.

Xarici siyasət Xarici siyasət
Latviya Prezidenti: “Azərbaycan ölkəmizin əsas ticarət tərəfdaşıdır”

Latviya Prezidenti: “Azərbaycan ölkəmizin əsas ticarət tərəfdaşıdır”

Xarici siyasət Xarici siyasət
Xarici jurnalistlər Gəncədə raket hücumlarına məruz qalmış ərazilərdə olublar

Xarici jurnalistlər Gəncədə raket hücumlarına məruz qalmış ərazilərdə olublar

Xarici siyasət Xarici siyasət
Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub

Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub

Xarici siyasət Xarici siyasət
Rəsmi Bakı: "Ermənistan XİN-in Azərbaycanı deportasiyada təqsirləndirməsi absurddur"

Rəsmi Bakı: "Ermənistan XİN-in Azərbaycanı deportasiyada təqsirləndirməsi absurddur"

Xarici siyasət Xarici siyasət
TDT-nin növbəti Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

TDT-nin növbəti Zirvə görüşü oktyabrda Qazaxıstanda keçiriləcək

Xarici siyasət Xarici siyasət
ABŞ dövlət katibi və Aİ Şurasının Prezidenti Cənubi Qafqazdakı durumu müzakirə edib

ABŞ dövlət katibi və Aİ Şurasının Prezidenti Cənubi Qafqazdakı durumu müzakirə edib

Xarici siyasət Xarici siyasət
Səfir: “Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir”

Səfir: “Fransız deputatların Ermənistan xalqının həyati zərərinə radikallara tabeliyi demokratiya üçün təhlükəlidir”

Xarici siyasət Xarici siyasət
XİN: "İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi ikitərəfli münasibətlərə xələl gətirir"

XİN: "İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi ikitərəfli münasibətlərə xələl gətirir"

Xarici siyasət Xarici siyasət
Pakistanın Baş naziri: "Çox şadam və məmnunam ki, Azərbaycan bu cür inkişaf edir"

Pakistanın Baş naziri: "Çox şadam və məmnunam ki, Azərbaycan bu cür inkişaf edir"

Xarici siyasət Xarici siyasət
Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulması münasibətilə tədbir keçirilib

Azərbaycanla Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulması münasibətilə tədbir keçirilib

Xarici siyasət Xarici siyasət
Türkiyəli səyyahlar Zəngilanın Ağalı kəndinə səfər ediblər

Türkiyəli səyyahlar Zəngilanın Ağalı kəndinə səfər ediblər

Xarici siyasət Xarici siyasət
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib