İlham Əliyev: "Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik"

İlham Əliyev: "Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik"

"Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik".

"Birxeber.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 23-də Belqradda Serbiyanın Baş naziri ilə keçirdiyi geniş tərkibdə görüşü zamanı bildirib.

Dövlət başçısı Serbiya Prezidenti ilə çox konstruktiv görüş keçirdiklərini deyib: "Biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir".

"Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik", - Prezident İlham Əliyev vurğulayıb.

Xarici siyasət Xarici siyasət
Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul edib - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
Müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib

Müharibədən zərər çəkən daha bir qrup ukraynalı uşaq Azərbaycana gətirilib

Xarici siyasət Xarici siyasət
XİN BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb

XİN BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanat yayıb

Xarici siyasət Xarici siyasət
Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Pakistan Senatı Xocalı soyqırımını pisləyən qətnaməni yekdilliklə qəbul edib

Xarici siyasət Xarici siyasət
Lavrov: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik"

Lavrov: "Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına töhfə vermək niyyətindəyik"

Xarici siyasət Xarici siyasət
Ned Prays: "Azərbaycan və Ermənistanın XİN başçıları danışıqları sürətləndirməyi razılaşdırıblar"

Ned Prays: "Azərbaycan və Ermənistanın XİN başçıları danışıqları sürətləndirməyi razılaşdırıblar"

Xarici siyasət Xarici siyasət
XİN-də Azərbaycan - Nepal əməkdaşlığı müzakirə olunub

XİN-də Azərbaycan - Nepal əməkdaşlığı müzakirə olunub

Xarici siyasət Xarici siyasət
XİN İraqda həbsdə saxlanılan Azərbaycanın qadın vətəndaşlarına dair məlumat yayıb

XİN İraqda həbsdə saxlanılan Azərbaycanın qadın vətəndaşlarına dair məlumat yayıb

Xarici siyasət Xarici siyasət
TDT liderləri Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər

TDT liderləri Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma səylərinə töhfə verməyə hazırlıqlarını bir daha təsdiqləyiblər

Xarici siyasət Xarici siyasət
Tokayev: “Qazaxıstan və Azərbaycan arasında Ali Dövlətlərarası Şura yaradılacaq”

Tokayev: “Qazaxıstan və Azərbaycan arasında Ali Dövlətlərarası Şura yaradılacaq”

Xarici siyasət Xarici siyasət
Türkiyə səfiri: "20 Yanvarda axıdılan qanlar Qarabağın azad olunması üçün yol açmış oldu"

Türkiyə səfiri: "20 Yanvarda axıdılan qanlar Qarabağın azad olunması üçün yol açmış oldu"

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"

Azərbaycan XİN: "Səfirliyə hücumla bağlı bütün məsuliyyəti İran daşıyır"