Azərbaycan və Qətər maliyyə sektorundakı güzəştləri müzakirə edib

Azərbaycan və Qətər maliyyə sektorundakı güzəştləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Qətər Maliyyə Mərkəzi arasında maliyyə sektorundakı güzəştlər müzakirə edilib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qətərə rəsmi səfərimiz çərçivəsində Qətər Maliyyə Mərkəzinin rəhbəri Yusif Məhəmməd Əl-Caidə ilə görüşdük. Görüş zamanı Mərkəzin fəaliyyəti və Qətər maliyyə sektorunun inkişafındakı rolu, eləcə də şirkətlər üçün yaradılmış imkanlar və güzəştlər ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.