İlham Əliyev və Serbiyanın Baş naziri Qoşulmama Hərəkatı ilə bağlı məsələləri müzakirə edib

İlham Əliyev və Serbiyanın Baş naziri Qoşulmama Hərəkatı ilə bağlı məsələləri müzakirə edib

Prezident İlham Əliyevin Serbiyanın Baş naziri xanım Ana Brnabiç ilə görüşündə Qoşulmama Hərəkatı (QH) ilə əlaqədar məsələlər ətraflı müzakirə olunub.

"Report" xəbər verir ki, Serbiya QH-nın yaradıcısı olan dövlətlərdən biridir. Ötən il QH-nın yaradılmasının 60 illiyi də məhz Serbiyada qeyd olunmuşdu. Azərbaycan Prezidenti də həmin toplantıda onlayn qaydada çıxış etmişdi, Azərbaycan və Serbiyanın birgə təşkilatçılığı ilə QH-nın zirvə toplantısı da Serbiyada keçirilmişdi. Serbiya tərəfi bütün bunları çox yüksək qiymətləndirdiyini bildirib.

Bundan başqa, görüşdə enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyəti və potensialı vurğulanıb. Belə ki, Azərbaycan qazının Serbiyaya çatdırılmasında və alınmasında Serbiya tərəfi çox maraqlıdır. Bununla əlaqədar aidiyyəti qurumlara tapşırıq verilib ki, bu məsələni işləsinlər. Serbiya Azərbaycandan kənd təsərrüfatında istifadə olunan gübrələrin də alınmasına maraq göstərir, bu sahədə də əməkdaşlıq imkanları mövcuddur. Enerji sahəsində də əməkdaşlıq üçün böyük potensial var. Qara dənizin dibi ilə elektrik enerjisi xəttinin çəkilməsi ilə əlaqədar fikirlər var, bu, nəticə etibarilə Serbiyaya da çatdırıla bilər. İndiki halda Azərbaycan Türkiyə vasitəsilə Balkan regionuna elektrik enerjisi ixrac edir, bu məsələ ilə əlaqədar perspektivlər genişdir. Görüşdə hərbi-texniki əməkdaşlıq barədə də geniş fikir mübadiləsi aparılıb, bu sahədə hökumətlərarası komissiyanın potensialından istifadə edilməsi nəzərdən keçirilib.

Serbiyanın Baş naziri Azərbaycanı Serbiya üçün yaxın dost və etibarlı tərəfdaş adlandırıb, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib. Qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlıq ruhunda əməkdaşlıq həm də bir-birinin ərazi bütövlüyü və suverenliyinə olan dərin hörməti ehtiva edir.

Xarici siyasət Xarici siyasət
Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək

Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək

Xarici siyasət Xarici siyasət
Vəkillər Kollegiyasının rəhbərliyi ilə BMT-nin nümayəndələri arasında görüş keçirilib

Vəkillər Kollegiyasının rəhbərliyi ilə BMT-nin nümayəndələri arasında görüş keçirilib

Xarici siyasət Xarici siyasət
Fəxrəddin Altun: “Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”

Fəxrəddin Altun: “Qarabağ mövzusunda Fransanın Türkiyənin cəhdlərinə dəstək verməsini gözləyirik”

Xarici siyasət Xarici siyasət
Mövlud Çavuşoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Mövlud Çavuşoğlu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xarici siyasət Xarici siyasət
Meksika Deputatlar Palatasının sədri: “Azərbaycanın sülh uğrunda apardığı təşəbbüslər təqdirəlayiqdir”

Meksika Deputatlar Palatasının sədri: “Azərbaycanın sülh uğrunda apardığı təşəbbüslər təqdirəlayiqdir”

Xarici siyasət Xarici siyasət
Ərdoğan: “Qarabağda həyata keçirilən işləri gördükdə iftixar hissi keçirdim”

Ərdoğan: “Qarabağda həyata keçirilən işləri gördükdə iftixar hissi keçirdim”

Xarici siyasət Xarici siyasət
Mehriban Əliyeva Türkmənbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olub

Mehriban Əliyeva Türkmənbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olub

Xarici siyasət Xarici siyasət
FHN-in Türkiyədəki mobil səhra hospitallarında 260-ı uşaq olmaqla 1364 nəfərə tibbi xidmət göstərilib

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 260-ı uşaq olmaqla 1364 nəfərə tibbi xidmət göstərilib

Xarici siyasət Xarici siyasət
Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Xarici siyasət Xarici siyasət
BMT təsisatlarının nümayəndələri repatriasiya və qayıdış prosesi haqqında məlumatlandırılıb

BMT təsisatlarının nümayəndələri repatriasiya və qayıdış prosesi haqqında məlumatlandırılıb

Xarici siyasət Xarici siyasət
Kişineuda beştərəfli qeyri-rəsmi görüş pozitiv keçib

Kişineuda beştərəfli qeyri-rəsmi görüş pozitiv keçib

Xarici siyasət Xarici siyasət
Azərbaycan Prezidenti Laosun yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Laosun yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB