Fevral ayında KTM-yə zəhərlənmə səbəbilə 106 nəfər müraciət edib, 3 nəfər ölüb

Fevral ayında KTM-yə zəhərlənmə səbəbilə 106 nəfər müraciət edib, 3 nəfər ölüb

Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 106 nəfər daxil olub.

Mərkəzdən "Birxeber.Az"a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 11-i dəm qazından, 52-si dərmandan və 9-u etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 10 nəfər allergik reaksiyadan, 24 nəfər isə sirkə turşusundan zəhərlənib.

Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (kişi cinsli) vəfat edib.

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.