Ermənistanın baş qərargah rəisi: Hələ KTMT-dən çıxmamışıq, sizin sualınızla bağlı cavab dövlət sirridir

Ermənistanın baş qərargah rəisi: Hələ KTMT-dən çıxmamışıq, sizin sualınızla bağlı cavab dövlət sirridir

Ermənistan hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan brifinqdə bildirib.

“Biz hələ KTMT-dən çıxmamışıq, sizin sualınızla bağlı cavab dövlət sirridir”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirmişdi ki, KTMT ilə münasibətlərin dondurulması həm də Ermənistanın təşkilatda daimi nümayəndəsinin olmaması deməkdir.