Fərid Şəfiyev: Hazırda Qərb ölkələrində, xüsusilə Fransada islamofobiya geniş vüsət alıb

Fərid Şəfiyev: Hazırda Qərb ölkələrində, xüsusilə Fransada islamofobiya geniş vüsət alıb

Hazırda Qərb ölkələrində, xüsusilə Fransada islamofobiya geniş vüsət alıb.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda keçiriləcək beynəlxalq konfransa həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Qərb mediasında, siyasətçilərində daim özünə qarşı qərəzli mövqe gördü: "Bu qərəzlərdən biri də islamofobiya, digəri isə türkofobiyadır. Builki konfransın təşkilində Azərbaycanın marağı nədir? Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasətinin yeni gündəliyi müəyyənləşib. İslamofobiyanın fəsadlarını özümüz tam hiss etmişik. Fəsadlar bu gün də davam edir. Regionda yeni reallıqları qəbul etməyən ölkələr var. Qərb ölkələrində, xüsusilə Fransada islamofobiya geniş vüsət alıb. Biz isə buna qarşı atmalı olduğumuz addımlar üzərində çalışırıq”.