Bakıda yol kəsişməsində maşınlar toqquşub - FOTO

Bakıda yol kəsişməsində maşınlar toqquşub - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Məsud Davudoğlu və Mirzə Məhəmməd Xan küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol kəsişməsində "Hyundai" və "Toyota Prius" markalı minik avtomobilləri toqquşub.

Əraziyə DYP əməkdaşları cəlb edilib. Qəzaya uğrayan avtomobillərin yoldan götürülməsi təmin edilib.

Hadisənin təfərrüatı aradırılır.