Əliyar Ağayevin idarə edəcəyi avrokubok oyununa digər təyinatlar açıqlanıb

Əliyar Ağayevin idarə edəcəyi avrokubok oyununa digər təyinatlar açıqlanıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin “Dinamo” (Xorvatiya) - PAOK (Yunanıstan) oyununa digər təyinatlar açıqlanıb.

"Birxeber.Az"un məlumatına görə, qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Steqemanndır.

Onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Matçın hakim-inspektoru funksiyasını isə norveçli Terye Houç yerinə yetirəcək.

Qeyd edək ki, martın 7-də gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 00:00-də start götürəcək. Cavab oyunu bir həftə sonra reallaşacaq.