Çində 5,3 maqnitudalı zəlzələ olub

Çində 5,3 maqnitudalı zəlzələ olub

Çinin Çinxay əyalətinin Yyuşu-Tibet muxtar dairəsinin Dzade qəsəbəsində 5,3 maqnitudalı zəlzələ olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Seysmik Şəbəkə Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar martın 5-də səhər saatlarında baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və itkilər barədə məlumat yoxdur.

Bildirilib ki, 2010-cu ilin aprelində bu qəsəbədə 7,1 maqnitudalı zəlzələ baş vermişdi.