"Arsenal" öz rekordunu yeniləyib

"Arsenal" öz rekordunu yeniləyib

İngiltərənin "Arsenal" klubu öz rekordunu yeniləyib.

"Report" xəbər verir ki, komanda buna Premyer Liqanın 27-ci turunda "Şeffild Yunayted" üzərində qazandığı qələbə ilə nail olub.

"Topçular" bununla 10 min qol həddini aşıb və Premyer Liqada ardıcıl 7-ci qələbəsini qazanıb.

Turnir cədvəlində 61 xalla üçüncü olan "Arsenal" lider "Liverpul"dan 2 xal geridədir. İkinci yerdə 62 xalla "Mançester Siti" qərarlaşıb.

Qeyd edək ki, "Şeffild Yunayted" - "Arsenal" matçı qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.