Haitidə quldurlar beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər

Haitidə quldurlar beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər

Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər.

"Birxeber.Az"un məlumatına görə, bu barədə "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, quldurlar respublikada yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu zəbt etməyə cəhd ediblər. Polis cinayətkarlara şiddətli müqavimət göstərib. Belə ki, uçuş-enmə zolağında yerləşən zirehli polis maşını quldurlara atəş açıb, onların aeroport ərazisini zəbt etməsinə mane olmağa çalışıb.

Atışmaların ortasında qalan mülki hava limanı işçiləri qaçmaq məcburiyyəti ilə üzləşib.