Çexiyada fermerlər martın 7-də Praqada növbəti etiraz aksiyası keçirəcəklər

Çexiyada fermerlər martın 7-də Praqada növbəti etiraz aksiyası keçirəcəklər

Çexiya fermerləri martın 7-də Praqa küçələrində yeni etiraz aksiyası keçirməyi planlaşdırır.

“Report”un iDNES.cza istinadən xəbərinə görə, bu barədə Çexiya Kənd Təsərrüfatı İttifaqının sədri Martin Pıxa bildirib.

Pıxanın sözlərinə görə, aksiyaya bir neçə yüz kənd təsərrüfatı texnikası cəlb olunacaq. Onun marşrutu hökumət binaları və Letena düzənliyi ərazisindən keçəcək, bundan sonra hökumət binası qarşısında fermerlərin nümayişi keçiriləcək.

“Koalisiyaya daxil olan partiyalar bir neçə xırda güzəştə getsələr də, biz aydın deməliyik ki, bu addımlar real problemləri həll etmir. Onlar fermerləri böhrandan xilas etməyəcək qismən qərarlar və qeyri-kafi dəstək təklif edirlər. Daha da önəmlisi odur ki, hökumətin vədləri qeyri-müəyyəndir və aydın qrafikə malik deyil, bu da bizi qeyri-müəyyən vəziyyətə salır”, – Çexiya Kənd Təsərrüfatı İttifaqının feysbukdakl rəsmi hesabında dərc edilən yazıda deyilir.