"Arsenal" Premyer Liqa matçında 6 cavabsız qolla qalib olub

"Arsenal" Premyer Liqa matçında 6 cavabsız qolla qalib olub

İngiltərə Premyer Liqasının XVII turunun matçında Londonun "Arsenal" klubu "Şeffild Yunayted" üzərində böyük hesablı qələbə qazanıb.

"Birxeber.Az"un məlumatına görə, Şeffilddəki "Bremmel Leyn" stadionunda keçirilən görüş paytaxt klubunun 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Arsenal” futbolçuları görüşün ilk hissəsində 5 qol vurub. Martin Edeqor, Qabriel Martinelli, Kay Havertz və Deklan Rays hərəyə bir dəfə fərqlənib, qollardan biri isə Ceyden Boql tərəfindən avtoqol kimi qeydə alınıb. İkinci hissədə yeganə qolu Ben Uayt vurub.

Beləliklə, "Arsenal" İngiltərə Premyer Liqasındakı qələbə seriyasını 7 görüşə çatdırıb. Komandanın 61 xalı var, klub ölkə çempionatının turnir cədvəlində üçüncüdür, lider “Liverpul”dan cəmi iki xal, ikinci “Mançester Siti”dən isə bir xal geri qalır.

"Arsenal" üçün bu qələbə Premyer Liqada ardıcıl dördüncü böyük qələbə oldu. Buna qədər londonlular “Vest Hem Yunayted” (6:0), “Bernli” (5:0) və “Nyukasl”ı (4:1) məğlub edib.

“Şeffild Yunayted”in 13 xalı var və turnir cədvəlində sonuncu, 20-ci yerdədir.