Somalidə ilin əvvəlindən onlarla insan vəbanın qurbanı olub

Somalidə ilin əvvəlindən onlarla insan vəbanın qurbanı olub

Somalidə bu il vəba epidemiyası 37 nəfərin ölümünə səbəb olub.

"Birxeber.Az"un xəbərinə görə, bu barədə Afrika ölkəsinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Bu ilin yanvar ayından ölkənin bir neçə bölgəsi vəba epidemiyasına məruz qalıb və 3 365 yoluxma müəyyən edilib”, - “Sinxua” agentliyi nazirliyin hesabatından sitat gətirib. Xəstəliyin episentri ölkənin mərkəzi hissəsi Beledueyne şəhəridir.

Səhiyyə Nazirliyi qeyd edib ki, vəba xəstəliyinin yayılmasına səbəb təmiz su və adekvat sanitar xidmətlərə çıxışı olmayan insanların sayının artmasıdır.