Şimali Koreya yeni qanadlı raketin sınaqlarını edib

Şimali Koreya yeni qanadlı raketin sınaqlarını edib

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni “Pulhvasar-3-31” strateji qanadlı raketinin ilk sınaq buraxılışını həyata keçirib.

Birxeber.Az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) ölkənin Raket Elmi Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, buraxılış ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsir göstərməyib.

Yeni raket hələ inkişaf mərhələsindədir və sınaqlar Şimali Koreyanın “silah sistemlərinin davamlı yenilənməsi prosesi” məqsədilə həyata keçirilib.

Hələlik əlavə məlumat verilməyib.

Bir gün əvvəl Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atmışdı.