Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 16 % artıb

Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 16 % artıb

2023-cü ildə Azərbaycanda informasiya və rabitə müəssisələri 3 milyard 206,5 milyon manatlıq xidmət göstərib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 16,3 % çoxdur.

Ötən il xidmətlərin 71,8 %-i əhali sektoruna aid olub, 36,1 %-i və yaxud 1 158,5 milyon manatı mobil rabitə sahəsində formalaşıb.