Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, onlardan biri ölüb

Gəncədə ana və oğlu dəm qazından zəhərlənib, onlardan biri ölüb

Gəncə şəhərində ana və oğlu dəm qazından zəhərlənib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti, bina 8 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Fərəcov Urfan Vaqif oğlu və anası, 1954-cü il təvəllüdlü Eteri Fərəcova dəm qazından zəhərləniblər.

E.Fərəcova hadisə yerində dünyasını dəyişib.

U.Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Fakt araşdırılır.